...

Azərbaycan və Ermənistan arasında oyunların keçirilmə yerini UEFA-nın İcraiyyə komitəsi müəyyən edəcək

Cəmiyyət Materials 13 May 2006 11:44 (UTC +04:00)

UEFA-nın Nyondakı qərargah mənzilində Azərbaycan və Ermənistan yığmaları arasında futbol üzrə Avropa-2008 çempionatının seçmə oyunlarının keçirilmə yeri ilə bağlı aparılmış üçtərəfli danışıqlar nəticəsiz başa çatıb.

AFFA-nın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, görüşdə Azərbaycan tərəfi qarşıdakı oyunların neytral meydançada keçirilməsi ilə bağlı öz mövqeyini bir daha bildirib. Ermənistan nümayəndələri isə görüşün hər iki ölkədə keçirilməsini təklif edir.

Hazırda bu məsələ vəziyyətlə tanış olmaq məqsədilə həm Bakıda, həm də İrəvanda olmuş xüsusi omissiyanın məruzəsini də nəzərə alacaq UEFA İcraiyyə Komtiəsində həll olunacaq.

Xəbər lenti

Xəbər lenti