...

Azərbaycanlı xokkeyçilərin Avropa çempionatı üzrə rəqibləri müəyyən edilib

Cəmiyyət Materials 13 May 2006 13:45 (UTC +04:00)

Azərbaycanın ot üzərində xokkey üzrə qadın yığmasının gələn il Mançesterdə keçiriləcək Avropa çempionatında rəqibləri müəyyən edilib.

Trend in verdiyi məlumata görə, qrup mərhələsində püşkatmaya görə, Adil Paşayevin yetirmələri ilkin mərhələdə Almaniya, İspaniya və İngiltərə ilə oynayacaqlar. Bu komandalar beynəlxalq arenada çox tanındıqlarına görə, onlarla oynamaq ikiqat çətindir. Eləcə də, meydan sahibləri olan ingilislərə gəldikdə, onlar bu yaxınlarda İspaniyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Eyni zamanda, digər yarımqrupda mübarizə Ukrayna, İrlandiya, İtaliya və Hollandiya arasında gedəcək.

Xatırladaq ki, çempioanıtn yekunları üzrə 3 ən yaxşı yığma 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarına vəsiqə alacaq.

Xəbər lenti

Xəbər lenti