...

DİN və Prokurorluq əməkdaşları monitorinqlərdə iştirak edir

Cəmiyyət Materials 15 May 2006 16:20 (UTC +04:00)

Mayın 15-dən başlayaraq Azərbaycan Daxili İşlər Nazirliyinin və Respubluka Prokurorluğunun əməkdaşları Naxçıvan Muxtar Respublikasında keçirilən monitorinqlərdə iştirak edirlər. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov məlumat verib.

N.Seyidov bildirib ki, monitorinqlər azyaşlılarla bağlı məhkəçmə iclaslarında və cinayət törətmiş azyaşlıların saxlanma yerlərində keçirilir.

"Güc strukturlarının nümaynədələri regionlarda təşkil olunan insan hüquqları ilə bağlı təlimlərdə də iştirak edirlər. Həmçinin Lənkəran, Şəki və Quba rayonlarında da analoji tədbirlərin keçirilməsi planlaşdırılıb. Monitorinqlərin nəticələri may ayının sonunda ictimaiyyətə açıqlanacaq" - deyə N.Seyidov söyləyib.

N.Seyidovun sözlərinə görə, monitorinqlərin məqsədi

uşaq huüquqlarının nəzərə alınması ilə bağlı Dövlət Proqramının hazırlanmasına dəstəkdən ibarətdir.

N.Seyidov onu da qeyd edib ki, cari ilin yanvarından aprelinədək məhkəmələrdə aparılmış monitorinqlər zamanı 25 nəfər azyaşlının mühakimə olunduğu müəyyən edilib. O da bəlli olub ki, 14-18 yaşı olan həmin azyaşlılara verilən ittihamlar əsasən oğurluq cinayətləri ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti