...

Azərbaycanın rəqs cütlüyü Tiflisdə keçirilmiş beynəlxalq müsabiqədə qızıl medal qazanıb

Cəmiyyət Materials 15 May 2006 16:55 (UTC +04:00)

Azərbaycanın rəqs cütlüyü Tiflisdə keçirilmiş beynəlxalq rəqs müsabiqəsində Avropa rəqsləri nominasiyası üzrə qızıl medal qazanıb.

Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, Eldar Cəfərov - Anna Sajina cütlüyü 10 Avropa rəqsini gözəl ifa edib. Onlar 1 və 2-ci yerləri Rusiya cütlüklərinin tutduğu ümumi hesabda 3-cü olub.

Bal rəqsləri üzrə Azərbaycanın rəqs qrupu və cütlüklərinin iştirak etdiyi beynəlxalq turnir mayın 12-də başlayıb. Müsabiqədə Türkiyə, Rusiya, Belarus, Ukrayna, İsrail, Gürcüstan və Ermənistandan da cütlüklər iştirak edib. Azərbaycanlı cütlük daha prespektivi idi.

Komanda hesabında "Qafqaz kuboku" isə artıq 11-ci dəfədir ki, Gürcüstanda qalır.

Xəbər lenti

Xəbər lenti