...

Azərbaycan Atatürk Mərkəzinin direktoru Türkiyəyə səfər edib

Cəmiyyət Materials 16 May 2006 12:12 (UTC +04:00)

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentləlarası dostluq qrpunun rəhbəri, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov Türkiyəyə yola düşüb. Bu barədə Trend ə Atatrük Mərkəzindən bildiriblər.

Bildirilib ki, Nizami Cəfərova dəvət Türkiyə Atatürk Mədəniyyət, Dilçilik və Tarix Ali Qurumun sədri Sadıq Tural tərəfindən olunub. Millət vəkili M.K.Atatürkün anadan olmasının 125 illik yubileyi ilə bağlı Türikyədə keçirilən tədbirdə iştirak edəcək. O da bildirilib ki, N.Cəfərov bu tədbirdə Atatürkün həyat və yaradıcılığı, Türkiyə dövlətinin xarici qəsbkarlar tərəfindən işğal edilməsinə qarşı apardığı mübarizə ilə bağlı çıxış edəcək.

Atatürkün anadan olmasının 125 illiyi ilə bağlı tədbirlər Türkiyənin bütün bölgələrində müxtəlif qurumlar və təşkilatlar tərəfindən keçiriləcək. Türkiyə Atatürk Mədəniyyət, Dilçilik və Tarix Ali Qurumu tərəfindən təşkil olunan tədbirlərdə dövlət və hökumət başçıları, nazirlər iştirak edəcəklər.

N.Cəfərov mayın 18-də Azərbaycana dönəcək.

Xəbər lenti

Xəbər lenti