...

Axtarışda və həbsdə olan OMON-çuların siyahısı Prezident Yanında Əfv Komissiyasına təqdim olunub

Cəmiyyət Materials 16 May 2006 17:14 (UTC +04:00)

OMON-çuların Hüquqlarını Mudafiə Komitəsi axtarışda və həbsdə olan OMON-çuların siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına təqdim edib. Bu barədə Trend ə Komitənin rəhbəri Famil Süleymanov məlumat verib.

"OMON-çulardan 4 nəfəri ömürlük, 15 nəfəri 15 ilə qədər məhkum edilənlər, 4 nəfəri isə həbsli axtarışda olanlardır. Əfv Komissiyasına müraciət etmişik. Ömürlük həbsdə olan OMON-çular barədə məhkəmə hökmünün dəyişdirilməsini və cəzalarının yüngül cəza ilə əvəz edilməsini, barələrində 15 illik həbs cəzası olan məhkumların cəzanın çəkilməmiş hissəsindən azad olunmasını, axtarışda olan OMON-çularınsa cinayət işinə xitam verilməsini xahiş etmişik. Siyahı həmin OMON-çularının valideynlərinin Komitəyə müraciəti əsasında hazırlanıb", - deyə Komitə sədri söyləyib.

F.Süleymanov onu da bildirib ki, indiyə qədər OMON-çuların çox hissəsi mərhum Prezident Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin humanistliyi sayəsində azadlığa çıxıb. Komitə sədri əmin olduğunu vurğulayıb ki, bu dəfəki müraciət də müsbət həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti