...

İvan Palçev: Topalov-Rəcəbov görüşünün mükafat fondu 1.5 mln dollar təşkil edəcək

Cəmiyyət Materials 18 May 2006 11:36 (UTC +04:00)

2007-ci ilin martında Bakıda dünya şöhrətli iki qrossmeyster - FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan) və dünya təsnifatında 13-cü yerdə olan Teymur Rəcəbov (Azərbaycan) arasında görüş keçiriləcək. Bu barədə Trend ə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev məlumat verib.

Onun sözlərinə görə, bu barədə razılaşma bu yaxınlarda gənclər və idman naziri Azad Rəhimovun Bolqarıstana səfəri zamanı əldə olunub.

Oyunun mükafat fondu 1.5 mln dollar təşkil edəcək.

Qeyd edək ki, V.Topalov 2804 reytinqinə malikdir və 2006-cı il may ayına olan vəziyyət üzrə FİDE təsnifatında birinci yerdə qərarlaşıb. T.Rəcəbovun aktivində isə 2717 bal var. V.Topalov azərbaycanlı qrossmeysterdən 12 yaş böyükdür.

Xəbər lenti

Xəbər lenti