...

Gürcüstanda Azərbaycan dilində icma radiosunun yayımlanması gözlənilir

Cəmiyyət Materials 18 May 2006 12:52 (UTC +04:00)

Gürcüstanda Azərbaycan dilində icma radiosunun yayımlanması gözlənilir. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. "Bi-Bİ-Si" radiosu və "Reportyor" studiyası Gürcüstanın Kvemo Kartli və Samtsxe-Cavaxeti bölgələrində yaşayan azərbaycanlı və erməni əhalisi üçün icma radiolarının yaradılması ilə bağlı parlamentin İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinə layihə təqdim ediblər.

Layihəyə əsasən, sentyabrda efirə çıxacaq radio proqramları rus, gürcü, Azərbaycan və erməni dillərində yayımlanacaq. Layihənin həyata keçirilməsində əsas məqsəd gürcü dilini bilməyən Gürcüstan vətəndaşlarını öz dillərində ölkənin ictimai həyatındakı informasiyalarla təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti