...

Şeyxülislam İtaliyanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə Romano Prodini təbrik edib

Cəmiyyət Materials 18 May 2006 15:46 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə İtaliyanın baş naziri seçilməsi münasibətilə Romano Prodiyə təbrik məktubu göndərib. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Şeyxülislam məktubunda əmin olduğunu vurğulayır ki, Avropanın aparıcı dövlətlərindən biri olan İtaliya Romano Prodinin simasında bütün insanlar arasında sülh və rifaha nail ollmaq, beynəlxalq münasibətlərin inkişafına müsbət töhfə vermək iqtidarında olan qətiyyətli siyasətçi qazanıb.

A.Paşazadə, həmçinin, İtaliyanın yeni baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həllinə və ədalətin bərpa olunmasına yardım göstərəcəyindən əminliyini vurğulayır.

Xəbər lenti

Xəbər lenti