...

İlqar Qurbanov: İrlandlar oyunun bir neçə komponentində zəiflik nümayiş etdirir

Cəmiyyət Materials 18 May 2006 16:44 (UTC +04:00)

Azərbaycanın futbol yığması Bakıdakı məğlubiyyətin əvəzini Dublində çıxmaq və Avropa birinciliyinin seçmə turnirinin qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindədir. Bu barədə Trend ə Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının forvardı İlqar Qurbanov mayın 18-də irlandlara qarşı cavab təsnifat oyunu ərəfəsində bəyan edib.

Hücumçunun sözlərinə görə, komanda rəqibini məğlub etmək üçün kifayət qədər potensiala malikdir. "Məqsədimizə çatmaq üçün biz 4 qol vurmalıyıq və mən bunu mümkün hesab edirəm. Birinci görüş isə göstərdi ki, oyunun bəzi komponentlərində rəqib zəifdir", - deyə futbolçu nəzrə çatdırıb.

İ.Qurbanov hesab edir ki, kollektiv futbol komanda yoldaşlarına uğur gətirə bilər.

Xəbər lenti

Xəbər lenti