...

Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı yaxın günlərdə azadlığa buraxılacaq

Cəmiyyət Materials 18 May 2006 19:51 (UTC +04:00)

Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı Polad Siracov yaxın günlərdə azadlığa buraxılacaq. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın İşgəncə əleyhinə komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Onun sözlərinə görə, hazırda Siracov xəstəxana rejimində reabilitasiyadan keçir və tezliklə vətənə qayıdacaq.

Bununla yanaşı, Elçin Behbudov deyib ki, Azərbaycanın İşgəncə Əleyhinə Komitəsi Quantanamo həbsxanasında monitorinq keçirməklə bağlı ideya ilə çıxış edib. Dünyada belə bir praktika mövcuddur və bizim buna tam hüququmuz var", -deyə E. Behbudov bildirib və bu məsələnin Siracovlar ailəsi tərəfindən qaldırıldığını qeyd edib. "Polad Siracovun ailəsi ABŞ-ın Bakıdakı səfirliyinə müraciət etmək üçün yardım göstərməyi bizdən xahiş ediblər. Müraciət sonradan Pentaqona ünvanlanmalıdır", -deyə komitənin rəhbəri bildirib.

Bununla yanaşı, E. Behbudova görə, P.Siracov həbsdə olduğu müddətdə ona qarşı işgəncə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti