...

Asiya bankı Azərbaycanda texniki-peşə məktəblərinin vəziyyətini öyrənir

Cəmiyyət Materials 19 May 2006 13:09 (UTC +04:00)

Asiya İnkişaf Bankı Azərbaycanda texniki-peşə məktəblərinin vəziyyətini öyrənir. Ölkənin Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, bu sahədə mövcud problemlər və çətinliklər təhsil naziri Misir Mərdanovun bankın nümayəndəsi xanım Yeşim Elxan-Kayvlarla görüşündə müzakirə olunub.

Görüşdə bu problemlərin həlli yolları, konkret layihələrin gerçəkləşdirilməsi imkanları müzakirə olunub.

Xatırladaq ki, hazırda Azərbaycanda 218 texniki-peşə məktəbi var. Bu məktəblərdə qəbul planı 13-14 min nəfər təşkil edir. Təhsil Nazirliyi texniki-peşə məktəblərinin inkişafı üzrə dövlət proqramı hazırlayıb və hazırda hökumətdə sənədə baxılır.

2005-2010-cu illəri əhatə edən proqramda bu təhsil müəssisələrinin inkişafına dövlət yardımının göstərilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin, tədris proqramlarının təkmilləşdirilməsi, müəssisələrin maddi-texniki bazasının inkişafı üçün vəsaitlərin həcminin artırılması ilə bağlı məsələlər də öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti