...

Mustafa Məşədi: İranda azərbaycanlıların hüquqlarının pozulması haqqında bəyanatlar absurddur

Cəmiyyət Materials 19 May 2006 13:56 (UTC +04:00)

İranda rəhbər vəzifələrin yarısı azərbaycanlıların əlindədir. Ölkədə onların hüquqlarının pozulması haqqında bəyanatlar isə absurddur. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 19-da Bakıda İranla bağlı problemlərin müzakirəsinə həsr olunmuş mətbuat konfransında İranın Azərbaycandakı səfirliyinin birinci katibi Mustafa Məşədi bəyan edib.

"Artıq uzun dövrdür ki, İranı azərbaycanlılar idarə edir", - deyə diplomat qeyd edib. O vurğulayıb ki, "Azərbaycan dilinin tədris olunduğu təhsil müəssisələrinin olmaması ilə bağlı məsələni şişirtmək düzgün deyil. Bu məsələ siyasiləşdirilməməlidir".

"Mən özüm azərbaycanlıyam və cəsarətlə əmin edə bilərəm ki, İranda azərbaycanlılarla bağlı heç bir problem yoxdur", - deyə M.Məşədi bildirib. O vurğulayıb ki, Tehranın özü etnik azərbaycanlıların hüquq və azadlıqlarının təmin olunmasında maraqlıdır.

Bununla yanaşı, İran səfirliyinin nümayəndəsi Azərbaycan əhalisinin İranla bağlı məsələlərdə məlumatlılıq səviyyəsindən narazılıq ifadə edib.

Onun sözlərinə görə, Azərbaycana İran haqqında informasiya axınının əsas hissəsi xarici, ilk növbədə Qərb KİV-dən daxil olur.

Xəbər lenti

Xəbər lenti