...

1995-ci ilin mart hadisələrində iştirak etmiş OMON-çu 10 il müddətinə azadlıqdan mərhum edilib

Cəmiyyət Materials 19 May 2006 16:00 (UTC +04:00)

Mayın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən 1995-ci ilin mart hadisələrinin fəal iştirakçısı olmuş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Nəriman İsmayılov barədə 10 illik həbs cəzası təyin olunub. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edən hakim Əli Seyfəliyev məlumat verib.

OMON-çuya qarşı 2000-ci ilin sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57 (vətənə xəyanət), 228 (banditizm) və başqa maddələri ilə ittihamlar irəli sürüb. Nəriman İsmayılov konkret olaraq 1995-ci ilin mart hadisələrində iştirakına görə təqsirləndirilib. Lakin istintaq orqanından yayınaraq Rusiyada gizləndiyi üçün onun mühakiməsi də əvvəllər baş tutmayıb.

Nəriman İsmayılov məhkəmə qarşısında etiraf edib ki, 17 mart 1995-ci il tarixdə ölkə başçısının sülh çağırışlarına məhəl qoymaraq Rövşən Cavadovun rəhbərlik etdiyi OMON tərkibində hakimiyyət qoşunlarına qarşı silahlı toqquşmada iştirak edib.

Xəbər lenti

Xəbər lenti