...

Gənclər və İdman Nazirliyi və YUNİSEF SPİD qurbanlarının xatirə günü ilə əlaqədar kampaniya keçirəcək

Cəmiyyət Materials 19 May 2006 17:02 (UTC +04:00)

Mayın 21-də Gənclər və İdman Nazirliyi YUNİSEF-lə birgə SPİD qurbanlarının ümumdünya xatirə günü ilə əlaqədar kampaniya keçirəcək.

Bu barədə Trend ə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Azərbaycanda belə tədbir ilk dəfədir ki, keçirilir. "VİÇ-SPİD və mobil qruplar" adlı layihə təkcə bir kateoqriya - miqrantlar və turistlər üçün nəzərdə tutulub.

Layihənin gerçəkləşdirilməsi çərçivəsində ölkənin yoxlama-buraxılış məntəqələrində - dəniz və hava limanlarında, o cümlədən dəmiryol vağzalında müxtəlif plakatlar, reklam stendləri və rolikləri yerləşdiriləcək, SPİD-in yayılması ilə mübarizə üzrə təşviqat işləri aparılacaq. Layihə çərçivəsində 1,5 mln. nəfərin bu problem barədə məlumatlandırılacağı planlaşdırılır.

Kampaniyaya Bakıda start veriləcək və ölkənin regionlarında davam etdiriləcək.

Xatırladaq ki, rəsmi statistikaya əsasən, bu gün Azərbaycanda SPİD-ə yoluxmuş 978 xəstə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti