...

Azərbaycanın ombudsman aparatı nümayəndələri Gürcüstan həbsxanasında cəza çəkən həmvətənimizlə görüşüb

Cəmiyyət Materials 19 May 2006 18:20 (UTC +04:00)

Azərbaycanın ombudsman aparatının nümayəndələri Gürcüstan həbsxanasında cəza çəkən həmyerlimizlə görüşüb. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından məlumat verilib.

Gürcüstan vətəndaşı Qaçay Hüseynov ombudsman aparatının əməkdaşlarından səhhəti ilə əlaqədar saxlandığı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilməsinə şərait yaratmalarını xahiş edib. Müəssisə rəhbərliyi bu məsələni həll etməyə söz verib.

Xatırladaq ki, Q.Hüseynov 2003-cü ilin aprelindən həbs olunub. O, sənədlərin saxtalaşdırılmasında və istifadəsində təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti