...

ATƏT-in Bakı ofisi jurnalistə hücumu pisləyir

Cəmiyyət Materials 19 May 2006 19:37 (UTC +04:00)

"Bizim Yol" qəzetinin baş redaktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bahəddin Həziyevə qarşı amansız həmlə olunub. Trend in verdiyi məlumata görə, bu barədə ATƏT-in Bakı ofisinin bəyanatında bildirilir. Zərərçəkən Masazır qəsəbəsinin sakinləri tərəfindən tapılıb.

Hazırda B.Həziyev Bakıdakı xəstəxanalardan birində müalicə olunur. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ciddi olaraq qalır. Sol qolun çıxığı ilə yanaşı, redaktor bir neçə sınıq və çoxsaylı zədələr alıb.

Bu hadisə ilə əlaqədar ATƏT-in Bakı ofisinin rəhbəri səfir Maurisio Pavesi bildirib: "Azərbaycanda dövlət tərəfindən mətbuat azadlığı və müstəqilliyinin bəyan edilməsinə baxmayaraq, jurnalistlər hələ də zorakılıq və təhqirlə üzləşməkdə davam edirlər".

"Hazırkı məsələ daha ciddidir, belə ki, qurban təkcə görkəmli jurnalist yox, eyni zamanda, aparıcı müxalifət partiyalarından birinin tanınmış siyasətçisidir."

Oxşar halların istintaqında aydın nəticələrin olmaması ilə əlaqədar ofisin narahatlığını xüsusilə vurğulayan səfir Pavesi əlavə edib: "Biz məsuliyyətli orqanları bu insident ilə əlaqədar olaraq təcili, şəffaf və əsaslı istintaqa başlamağa və hücuma məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunmasına çağirırıq."

Ofis bu məsələ üzrə istintaqın gedişini yaxından izləyəcək.

Xəbər lenti

Xəbər lenti