...

Azərbaycanlı məktəbli "İntellektT" olimpiadasında 3-cü yeri tutub

Cəmiyyət Materials 22 May 2006 12:17 (UTC +04:00)

Moskvada məktəblilər arasında 10-cu "İntellektT" beynəlxalq olimpiadasının finalı keçirilib. Trend in Rusiyadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, absolyut çempion adı uğrunda dünyanın 12 ölkəsi - Azərbaycan, Kanada, Ukrayna, Latviya, Litva, Norveç, Polşa, Çin, Özbəkistan, Gürcüstan, Belorusiya və Rusiyadan 182 gənc zəka sahibi iştirak edib.

Olimpiadanın final turu 2 mərhələdən ibarət olub və cəmi 8 intellektual məsələni həll etmək lazım gəlib.

Azərbaycanlı Rüfət Rəhimli kiçik yaşlılar qrupunda 3-cü yeri tutub.

Növbəti "İntellekT" olimpiadası Latviyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti