...

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 22 May 2006 13:21 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çon Vuk Li mayın 22-də Cenevrdə öz işinə başlamış Ümumdünya Səhiyyə Assambleyasının 59-cu sessiyasında iştirak edə bilməyəcək.

Trend in ÜST-nin rəsmi məlumatına istinadən xəbər verdiyi kimi, buna səbəb Ç.Linin vəziyyətinin qəflətən pisləşməsidir. Tibbi müayinələr göstərib ki, onun baş beynində qan trombunun çıxarılması üzrə təcili əməliyyat aparmaq lazımdır. Əməliyyat Cenevrədə aparılıb və tromb İsveçrə vaxti ilə saat 18:15-də çıxarılıb.

Xəbər lenti

Xəbər lenti