...

Moskvada azərbaycanlılar Respublika gününü qeyd edəcək

Cəmiyyət Materials 22 May 2006 13:29 (UTC +04:00)

Mayın 25-də Moskvada "Bakı" kino-konsert kompleksinin binasında Respublika günü münasibətilə mədəni və konsert proqramlarından ibarət geniş bayram keçiriləcək. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə tədbirin təşkilatçısı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva regional şöbəsindən məlumat verilib. Bayrama Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri, həmçinin, Rusiyanın ictimai-siyasi, işgüzar və mədəni dairələrinin nümayəndələri dəvət olunub.

Xəbər lenti

Xəbər lenti