...

Turindəki Şahmat Olimpiadasının birinci turunda Azərbaycan komandası Monqolustanla heç-heçə oynayıb

Cəmiyyət Materials 22 May 2006 13:52 (UTC +04:00)

İtaliyanın Turin şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasının birinci turunda Azərbaycanın komandası Monqolustanın çox zəif komandasına qalib gəlib. Trend in verdiyi məlumata görə, rəqibin zəif olduğunu qabaqcadan bilən bu komandanın tərkibində ən güclü azərbaycanlı şahmatçılar olan T.Rəcəbov və V.Həşimov "keçid" matçında oynamamağı qərara alıblar və monqol şahmatçıları da buna heç-heçə nəticə ilə çox parlaq cavab veriblər.

Birinci lövhədə 2580 reytinqlə qrossmeyster N.Quliyev D.Batçuluunuya (2303) uduzub. Q.Hüseynlv isə (2617) azərbaycanlı şahmatçıdan 500 bənd geridə qalan B.Qundavanın müqavimətini qıra bilməyib. Təkcə qrossmeyster Rauf Məmmədov öz rəqibini udaraq müəyyən qədər Azərbaycan şahmatının nüfuzunu qoruya bilib. Komandanın 4-cü iştirakçısı V.Durarbəyli öz partiyasını heç-heçə başa vurub.

Xəbər lenti

Xəbər lenti