...

Azərbaycanın taekvando yığması Avropa çempionatına yola düşüb

Cəmiyyət Materials 22 May 2006 16:03 (UTC +04:00)

Azərbaycanın taekvando yığması mayın 26-da Avropada başlayacaq çempionatda iştirak etmək üçün Almaniyaya yola düşüb.

Trend in xəbər verdiyi kimi, kollektivin tərkibinə qitə birinciliyinin ikiqat qalibi Niyaməddin Paşayev (67 kq), bu yarışın ötən ilki mükafatçıları Elnur Amanov (58 kq), Rəşad Əhmədov (78 kq) və Şahrun Yusifova (47 kq) daxildir. Ələkbər İmaməliyev başda olmaqla məşqçilər qərargahı bu idmançılara xüsusilə arxayındır. Həmçinin, Zahid Məmmədov (54 kq), İlkin Şahbazov (62 kq), Fuad Nuriyev (72 kq), Təvəkkül Bayramov (84 kq), Fəqan Umudov (+84 kq), Leyla Yusubova (51 kq), Arzu Bağırova (55 kq) və Yelena Abbasova (63 kq) da medal uğrunda mübarizə aparacaq.

Bonnda yerli taekvandoçularmızın əsas rəqiblərinin Türkiyə, Fransa, İspaniya və Almaniya idmançılarının olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti