...

Səhiyyə Nazirliyi xəstəxana çarpayılarının azaldılması zəruriliyini bəyan edir

Cəmiyyət Materials 22 May 2006 16:20 (UTC +04:00)

Azərbaycanda xəstəxana çarpayılarının sayı əhalinin ehtiyacını üstələyir. Ən yaxşı halda bu çarpayıların 30-35% istifadə olunur. Trend agentliyinin məlumatına əsasən saxlanmasına külli miqdarda vəsait ayrılan böyük tibb müəssisəsi şəbəkəsi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğun deyil.

Problemin aktuallığı ondan ibarətdir ki, ayrılan vəsaitin təxminən 65%-i səyyar tibbi yardımın payına düşür. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 30-35% təşkil edir.

2005-ci ildə ödənişli tibbi xidmətlərdən 18 582 323 AZY əldə olunub. 2003-cü ildə bu rəqəm 13 480 000 AZY, 2004-cü ildə isə 17 480 000 AZY təşkil edib.

Xəbər lenti

Xəbər lenti