...

MQİBİ əməkdaşlarının cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib

Cəmiyyət Materials 22 May 2006 16:23 (UTC +04:00)

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sabiq rəis müavini Gülməmməd Məmmədovun və idarənin daha 23 əməkdaşının cinayət işi üzrə istintaq materialları məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

İdarənin sabiq işçilərinə qarşı Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2 (dövlət əmlakını külli miqdarda talan etmə), 313 (vəzifə saxtakarlığı), 308 (vəzifədən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 320 (rəsmi sənədləri saxtalaşdırma, istifadə etmə, satma) maddələri ilə ittihamlar irəli sürülüb.

"Təqsirləndirilən şəxslər arasında İdarənin İntendant Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Məmmədov və 3 nəfər ayrı-ayrı cəzaçəkmə müəssisələrinin rəhbəri də var" - deyə V.Əliyev söyləyib.

İş üzrə materiallar artıq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə daxil olub. Lakin hələlik heç bir hakimin icraatına verilməyib.

Xəbər lenti

Xəbər lenti