...

Azərbaycanda yaşayan məshəti türklərinin bir hissəsi tarixi vətənlərinə qayıdırlar

Cəmiyyət Materials 22 May 2006 18:26 (UTC +04:00)

Gürcüstanın qaçqınlar və yerləşdirmə işləri üzrə Nazirliyi 1944-cü ildə Gürcüstandan sürgün edilən və hazırda Azərbaycan yaşayan 6 məshəti türkü ailəsini Şida Kartli (Şərqi Gürcüstan) regionunda yerləşdirməyi planlaşdırır.

Gürcüstanın qaçqınlar və yerləşdirmə işləri üzrə naziri Georgi Heviaşvilinin Trend in xüsusi müxbirinə verdiyi məlumata görə, bu ailələr artıq yaşamaq üçün Gürcüstanın Sameqrelo regionuna gəliblər. Lakin onlar 90-cı illərin əvvəllərində vətəndaş müharibəsi ilə əlaqədar evlərini tərk etməyə və yenidən əvvəlki yaşayış yerlərinə qayıtmağa məcbur olublar.

Gürcüstan Avropa Şurasına daxil olduqdan sonra Gürcüstan hökuməti repatriantların könüllü əsaslarla qayıtması barədə öz üzərinə öhdəlik götürüb. Bu gün Azərbaycanda 3 minə yaxın məshəti türkü yaşayır.

Köçkünlərin nəsillərindən biri olan Sərvər Səfərovun (İaşvili) Trend ə bildirib ki, Gürcüstana qayıtmağı qərara alanlar təhlükəsizlik barədə zəmanət alıblar və "doğma torpaqların onları qəbul edəcəklərinə əmindir".

Qeyd etmək lazımdır ki, müxtəlif məlumatlara görə, 60 mindən 200 minə qədər məshəti türkü tarixi vətənlərinə qayıtmağa hazırdırlar. Repartasiya haqqında Qanun artıq hazırlanıb və yaxın vaxtlarda baxılmaq üçün Gürcüstan parlamentinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti