...

Kiyevdə Milli İnformasiya Agentlikləri Assosiasiyasinin təsis konfransi keçiriləcək

Cəmiyyət Materials 22 May 2006 20:01 (UTC +04:00)

Qara dəniz hövzəsi ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyası (PANİA) yaradılacaq. Trend "AzərTAc"a istinadən xəbər verir ki, mayın 29-31-də Kiyev şəhərində Assosiasiyanın təsis konfransı keçiriləcək.

Konfransın keçirilməsi üzrə işlərin əlaqələndirilməsi Ukrayna Dövlət Teleradio Komitəsinə (UDTRK) və "Ukrinform" Dövlət İnformasiya Agentliyinə həvalə edilib. UDTRK və Xarici İşlər Nazirliyi beynəlxalq birliyə bu tədbir barədə məlumat verməlidirlər.

AzərTAc (Azərbaycan), ATA (Albaniya), Armenpress (Ermənistan), BTA (Bolqarıstan), Qafqaz-press (Gürcüstan), Moldpress (Moldova), İTAR-TASS (Rusiya), Rompress (Rumıniya), TANYUQ (Serbiya və Çernoqoriya) təsis konfransında iştirak edəcəklərini artıq bildiriblər. Tədbirdə ANA (Yunanıstan) və "Anadolu Ajansı" (Türkiyə) agentliklərinin iştirakı məsələsinə də baxılır.

PANİA Qara dəniz hövzəsi ölkələri milli informasiya agentliklərinin öz informasiya resurslarından səmərəli istifadə etməsi və bərabər hüquqlu informasiya mübadiləsi aparması üçün onların səylərini birləşdirəcək beynəlxalq qeyri-kommersiya təşkilatı olacaq.

Xəbər lenti

Xəbər lenti