...

Azərbaycanlı şahmatçılar Olimpiadanın ikinci turunda məğlub olub

Cəmiyyət Materials 23 May 2006 11:34 (UTC +04:00)

İtaliyanın Turin şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının 1-ci turunda Monqolustan yığması ilə heç-heçə oynayan Azərbaycan komandası 2-ci turda heç də şahmat ölkəsi sayılmayan Portuqaliya yığmasına 0,5:3,5 hesabla məğlub olub.

Trend in xəbər verdiyi kimi, Azərbaycan komandasının məşqçi heyəti ikinci turda da T.Rəcəbov və qrossmeyster V.Haşımovun komandanın tərkibinə daxil edilməməsi haqqında qəribə qərar çıxarıb.

Mayın 22-də qrossmeysterlər N.Quliyevin birinci lövhədə məğlubiyyəti və Q.Hüseynovun olduqca zəif monqol şahmatçısına qarşı inamsız oyunu məşqçiləri narahat etməli idi və portuqallarla bugünkü oyunda respublikanın ən güclü şahmatçılarını yığmanın tərkibinə daxil etmək lazım idi.

N.Quliyev, Q.Hüseynov və V.Durarbəyli portuqallarla görüşdə məğlub olub. Təkcə qrossmeyster R.Məmmədov rəqibi ilə heç-heçə oynaya bilib ki, bu da Azərbaycan komandasına oyunda "quru" hesabdan yaxa qurtarmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti