...

"RUH" Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda söz azadlığı sahəsində vəziyyətlə bağlı həftəlik monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 23 May 2006 12:31 (UTC +04:00)

"RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı həftəlik monitorinqin nəticələrini açıqlayıb. Hesabat barədə Trend ə Müdafiə Komitəsindən məlumat verilib.

Müdafiə Komitəsi ötən həftə Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı vəziyyətin ürəkaçan olmadığı qənaətinə gəlib. Bununla bağlı əsasən 3 fakt qeydə alınıb. Onlardan biri məhkəmə prosesi, ikincisi mahiyyət etibarilə dələduzluq, sonuncusu bilavasitə jurnalistə qarşı zorakılıqdır. Birinci halda mayın 16-da Səbail Rayon Məhkəməsində Sumqayıt Şəhər Polis İdarəsinin keçmiş rəisi Sevindik Səfərovun "Azadlıq" qəzetinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Hakim tərəflərə sülh təklif etsə də, bu, alınmayıb. Həftənin söz və mətbuat azadlığı ilə bağlı ikinci hadisəsi "Yeni xəbər" qəzetinin baş redaktoru Faiq Balabəylinin hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən saxlanılmasıdır. Buna səbəb baş redaktorun rüşvət almaq istəməsi olub. Hazırda məsələ araşdırılır.

Ötən həftənin ən diqqətçəkən olayı mayın 18-də gecə saat 12 radələrində "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin naməlum şəxslər tərəfindən döyülməsi olub. Hadisə nəticəsində B.Həziyev ağır bədən xəsarətləri ilə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasınasına çatdırılıb və onun ayaq, bədən nahiyyəsində beş sınıq qeydə alınıb. "RUH" məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti