...

Mətbuat Şurasının Daimi Komissiyası B.Həziyevə təzyiqin araşdırılması üçün xüsusi işçi qrupu yaradıb

Cəmiyyət Materials 23 May 2006 16:16 (UTC +04:00)

Mayın 23-də Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. Növbədənkənar iclasda "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevə təzyiqlə bağlı keçirilib.

İclası açan Daimi Komissiyanın koordinatoru İbrahim Məmmədli qurumun üzvlərinə hadisənin təfərrüratları və onunla bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Komissiyanın Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyindən olan üzvlərinə aparılan istintaq-əməliyyat tədbirlərinin gedişi ilə ətraflı maraqlanmaq, həyata keçirilən tədbirlər barədə quruma məlumat vermək tapşırığı verilib.

Daimi Komissiyanın iclasında həmçinin B.Həziyevə təzyiqin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Mətbuat Şurası nümayəndələrindən ibarət xüsusi işçi qrupunun yaradılması qərara alınıb. Qeyd edək ki, MŞ Daimi Komissiyasının tərkibində Respublika Prokurorluğu, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti