...

Azərbaycanda gender bərabərliyi haqqında qanun layihəsi üzrə ictimai müzakirələr keçirilir

Cəmiyyət Materials 23 May 2006 17:10 (UTC +04:00)

Mayın 23-də Bakıda gender bərabərliyi haqqında yeni qanun layihəsi üzrə ictimai müzakirələr keçirilib. Trend in verdiyi məlumata görə, ATƏT-in Bakı ofisinin və Amerika hıquqşünaslar Assosiasiyasının (ABA/CEELI) dəstəyi ilə təşkil olunan tədbirdə Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Marisio Pavessi, eləcə də ekspertlər iştirak edib.

Toplaşanlar qarşısında ATƏT-in Bakı ofisinin demokratiya məsələləri üzrə məsul işçisi İnqrid Angela Qossinger və ABA/CEELI gender proqramının nümayəndəsi Kristin Herman çıxış edib.

Sənədin mətni üzərində müzakirələr aparılıb. Qeyd edək ki, müzakirələr nəticəsində qanun layihəsinə dəyişikliklər və əlavələr barədə təkliflər respublikanın Milli Məclisinə göndəriləcək.

Qeyd edək ki, bu qanun layihəsi yaxın vaxtlarda parlamentin müzakirəsinə veriləcək və sənədin üç oxunuşda qəbul ediləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti