...

Bakı Bələdiyyə Teatrının qastrolları Ankarada uğurla keçir

Cəmiyyət Materials 23 May 2006 17:42 (UTC +04:00)

Azərbaycanın xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyə Teatrının Ankarada qastrolları böyük uğurla keçir. Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, dünənki "Türk Sancağı" tamaşası yerli tamaşaçılar tərəfindən sevinc sədaları ilə qarşılanıb. Qeyd edək ki, tamaşanın müəllifi əməkdar incəsənt xadimi, Azərbaycanın SQ-nin polkovnik-leytenantı Abdulla Qurbanidir.

Bu gün Nəriman Nərimanovun eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Nadir şah" pyesinin tamaşası nümayiş olunacaq.

Həmçinin, Bakı Bələdiyyə Teatrının Türkiyənin digər şəhərlərində də çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti