...

MOK-da olimpiya təhsili sisteminin yaradılması üzrə seminar başa çatıb

Cəmiyyət Materials 23 May 2006 20:11 (UTC +04:00)

Milli Olimpiya Komitəsinin (MOK) binasında keçirilən "Azərbaycanda olimpiya təhsili sisteminin yaradılması" adlı seminar başa çatıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, tədbir zamanı iştirakçılara həmin problemin əks olunduğu xüsusi kitablar paylanıb. O qeyd edib ki, MOK-un təşəbbüsü ilə nəşr edilmiş vəsaitlər idman sahəsində işləyən bir çox mütəxəssislər üçün masaüstü kitab olmalıdır. "Əslində məsələnin çox qlobal olduğu aşkarlandı, lakin biz olimpiya təhsil sisteminin tətbiqi istiqamətində yeni addımlar atdıq" - deyə Ç.Hüseynzadə vurğulayıb.

Qeyd etmək lazımdır ki, həm müxtəlif federasiyaların nümayəndələri, həm də milli komandaların məşqçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti