...

Gülər Əhmədova: "Uşaqların əfv olunması lazımdır, ancaq bu, kütləvi şəkildə olmamalıdır"

Cəmiyyət Materials 24 May 2006 11:30 (UTC +04:00)

Uşaqların əfv olunması lazımdır, ancaq bu, kütləvi şəkildə olmamalıdır. Trend xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib.

Millət vəkili qeyd edib ki, uşaq tərbiyə müəssisələrinin qapılarını açmaq həmin uşaqlara yaxşılıq etmək demək deyil: "Çünki həmin müsəsisələrdə çox ciddi psixi və sosial problemləri olan uşaqlar var. Ona görə də bu məsələni düşünülmüş şəkildə həyata keçirmək lazımdır. Əgər bununla bağlı proqram hazırlansa bir təşkilat rəhbəri və millət vəkili kimi buna qoşulacam".

G.Əhmədova uşaq tərbiyə müəssisələrində uşaqların psixoloqlarla təmin olunması məsələsinə də toxunub. Bildirib ki, sözügedən müəssisələrdə yaxşı tərbiyəçilər olsa da, uşaqlarla yüksək səviyyədə psixoloji iş aparılmır: "Qonşu dövlətlərdə, məsələn Türkiyədə bu sahədə aparılan işlərlə tanışam. Təəssüf ki, bizdə o səviyyədə iş aparılmır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti