...

Azərbaycanın cüdo yığması Avropa çempionatına yola düşüb

Cəmiyyət Materials 24 May 2006 12:08 (UTC +04:00)

Azərbaycanın cüdo yığması mayın 26-da başlayacaq Avropa çempionatında iştirak etmək üçün Finlandiyaya yola düşüb.

Milli komandanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, yığmanın tərkibinə Ramil Qasımov (66 kq), Rotterdamda "A" kateqoriyalı beynəlxalq turnirin mükafatçıları Elnur Məmmədli (73 kq) və Mehman Əzizov (81 kq), həmçinin, Nigar Cabbarova (52 kq) və Kifayət Qasımova (57 kq) da daxildir. Aldığı zədədən sonra sağalmaq üzrə olan Mövlud Mirəliyev, sentyabradək oyunlardan uzaqlaşdırılmış Nicat Şıxəlizadə, lisenziyalı yarışlar ərəfəsində kiçik taym-aut götürməyi qərara alan 3 qat Avropa çempionu Elçin İsmayılov isə kollektivə qoşula bilməyib.

A.Axundzadə qeyd edib ki, onun yetirmələri medal uğrunda mübarizə apara bilər. Əsas ümidlər isə E.Məmmədliyə və M.Əzizovadır.

Xəbər lenti

Xəbər lenti