...

Azərbaycanda penitensiar sistem Avropa standartlarına uyğunlaşdırılır

Cəmiyyət Materials 24 May 2006 14:56 (UTC +04:00)

Azərbaycanda penitensiar sistem Avropa standartlarına uyğunlaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası İdarəsinin qərargah rəisi Musa Hümbətovun Trend ə verdiyi məlumata görə, penitensiar sistemdə təkmilləşmə və islahatlara dair Avropa Şurasının nümayəndələri ilə birgə keçirilən görüşlər öz müsbət nəticəsini verir.

Vərəmli məhkumlar üçün 3 saylı cəzaçəkmə müəssisəsində, 1, 2 və 15 saylı cəzaçəkmə müəssisələrində olan avropalı ekspertlər məhkumların yaxşı şəraitdə saxlanılmaları və onların hüquqlarının təmin olunması ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər.

Bu qiymətləndirmə ilə bağlı artıq hesabat da hazırlanıb. Həmin hesabata uyğun olaraq Azərbaycanda ən nümunəvi cəzaçəkmə müəssisəsi müəyyən ediləcək" - deyə M.Hümbətov qeyd edib.

Qərargah rəisi onu da söyləyib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin Avropa cəzaçəkmə müəssisələrinə uyğunlaşdırılması məqsədilə ölkəmizə xeyli texniki yardım edilib. Yaxın vaxtlarda isə Azərbaycanın penitensiar sistemində çalışan bir sıra əməkdaşlar təcrübə toplamaq üçün digər ölkələrə ezam olunacaqlar.

Xəbər lenti

Xəbər lenti