...

AFFA hələlik "qızıl oyun"un keçirilmə imkanları barədə düşünmür

Cəmiyyət Materials 24 May 2006 17:55 (UTC +04:00)

Azərbaycan çempionatının son turunda qalib müəyyən edilmədiyi təqdirdə, ölkənin futbol mövsümü uzadıla bilər.

AFFA-nın yarışların təşkili Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, titul iddiaçıları arasında əlavə görüşün keçirilməsi imkanları məsələsi hələlik gündəliyə daxil edilməyib. "Əlbəttə, eyni xala malik pretendentlər çempionatın finalında iştirak edə bilər. Ancaq biz hadisələri qabaqlamaq niyyətində deyilik. Əgər "qızıl oyun"un keçirilməsi zərurəti yaranarsa, o zaman bu görüş ölkə kubokundan sonra, iyunun 3-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək", - deyə M.Həsənov vurğulayıb.

Qeyd etmək lazımdır ki, hazırda turnir cədvəlinə "Karvan"ı 1, "Neftçi"ni isə 2 xal qabaqlayan "Bakı" başçılıq edir.

Xəbər lenti

Xəbər lenti