...

Qayğıya ehtiyacı olan azyaşlılarla bağlı sərgi keçiriləcək

Cəmiyyət Materials 25 May 2006 11:50 (UTC +04:00)

Mayın 26-da Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan, fiziki və mənəvi zorakılığa məruz qalmış uşaqların və küçə uşaqlarının problemlərinə dair 1-ci milli konfrans və QHT yönümlü mərkəzlərin sərgisi keçiriləcək. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansından məlumat verilib.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən QHT və mərkəzlər tərəfindən bu kateqoriyadan olan uşaqların reablitasiyası, cəmiyyətə inteqrasiyası ilə bağlı keçirilmiş tədbirlər barədə geniş məlumat veriləcək. Həmçinin, belə uşaqlarla bağlı təşkilatlar arasında təcrübə, bilik və məlumat mübadiləsinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi də aparılacaq.

Tədbirin keçirilməsində məqsəd məsul qurumlar tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların problemlərinə diqqətin artırılmasına, bu uşaqların problemlərinin həlli üçün xüsusi milli fəaliyyət planı və dövlət proqramının hazırlanmasına dəstək olmaqdır.

Konfransda hazırlanacaq təklif və tövsiyələr Prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə və digər aidiyyəti qurumlara təqdim ediləcək.

Sərgidə 50-dən artıq təşkilatın uşaqlarla bağlı həyata keçirdiyi layihə və proqramların nəticələri nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti