...

Voleybol yığmaları Quba turnirinə getməyə tələsmir

Cəmiyyət Materials 25 May 2006 13:22 (UTC +04:00)

Azərbaycan Voleybol Federasiyası iyunda Qubada keçirilməsi planlaşdırılan qadınlar arasında beynəlxalq turnirin iştirakçılarının sayı ilə bağlı problemlərlə üzləşib.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, təkcə Puerto-Riko komandası öz gəlişini təsdiqləyib. "Biz bir çox ölkələrə dəvətnamə göndərmişik. Ancaq bəzi komandalar müxtəlif səbəblərlə əlaqədar gələ bilmir. Bu, xüsusilə Fransa, Belçika və Qazaxıstana aiddir. Belorusun da iştirakı sual altındadır", - deyə Z.Gözəlbəyli qeyd edib. Komandaların sayının məhdud olduğu təqdirdə ev sahiblərinin Puerto-rikalılarla bir neçə yoxlama görüşləri keçirəcəyi də istisna olunmur.

Turnirin Qran-Pri seçmə mərhələləri və Yaponiyada keçiriləcək dünya çempionatı kimi daha ciddi yarışlara hazırlıq xarakteri daşıyacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti