...

Ruslan Bəşirli məhkəmədə sənədlərin elan olunmasına imkan verməyib

Cəmiyyət Materials 26 May 2006 14:58 (UTC +04:00)

Mayın 26-da "Yeni fikir" Gənclər Hərəkatının məhkəmə qarşısında dayanan sədri Ruslan Bəşirli hakimə cinayət işi üzrə sənədləri tam şəkildə elan etməyə imkan verməyib. Bu barədə Trend ə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, məhkəmə iclasına sədrlik edən Tofiq Paşayev məlumat verib.

Hakim sədənlərin yalnız bir qismini elan edə bilib. Həmin sənədlər iş üzrə şahid qismində keçən Osman Əlimuradovun baş prokuror Zakir Qaralova yazdığı ərizə, onun R.Bəşirlidən aldığı 500 dollar məbləğində əskinaslara baxış protokolu, şahid qismində verdiyi ilkin ifadəsi və R.Bəşirlini həbs etmə protokolu elan olunub. Hakim R.Bəşirlinin istintaqa verdiyi ifadəsini elan etmək istədikdə isə R.Bəşirli növbəti dəfə məhkəmənin gedişatını pozub. "Ruslan Bəşirli ibtidai istintaqa verdiyi həmin ifadəsində ermənilərlə birlikdə spirtli içkilər içməsini, saunada qızlarla əylənməsini və digər faktları etiraf edib. Lakin o, məhkəmədə həmin ifadənin elan olunmasının qarşısını almaq üçün məhkəmənin gedişatını növbəti dəfə pozdu" - deyə T.Paşayev bildirib.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin olunub. Həmin iclasda R.Bəşirlinin ifadəsi elan ediləcək və xüsusi xidmət orqanları tərəfindən məxfi şəkildə çəkilmiş videokassetlərə baxış keçiriləcək.

Xəbər lenti

Xəbər lenti