...

Ədliyyə Nazirliyi istintaq təcridxanalarının sayını artırmağı planlaşdırıb

Cəmiyyət Materials 26 May 2006 15:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi istintaq təcridxanalarının sayını artırmağı planlaşdırıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) qərargah rəisi Musa Hümbətov məlumat verib.

"Məqsəd məhkəməyə qədər təcridxana şəraitində saxlanılan dustaqların rahatlığını təmin etməkdir.

Hazırda daha bir istintaq təcridxanasının tikilməsi üçün Bakıda bir neçə yer müəyyən edilib. Təcridxana elə yerdə inşa edilməlidir ki, vətəndaşlar təcridxanada saxlanılan dustaq qohumlarına qida və geyim əşyaları apararkən, yaxud müstəntiqlər saxlanılan şəxsləri dindirməyə gedərkən narahatçılıqlarla üzləşməsinlər" - deyəç M.Hümbətov söyləyib.

Qərargah rəisi həmçinin bildirib ki, təcridxana əhalinin gur yaşadığı yerdə də inşa edilə bilməz. Bu səbəbdən də təcridxananın konkret şəhərin hansı tərəfindən inşa ediləcəyi ilə bağlı hələlik qəti qərar verilməyib.

Əhalinin gur yaşadığı yerlərdəki cəzaçəkmə müəssisələrinin də paytaxtın digər hissələrinə köçürüləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti