...

Azərbaycanın Baş Prokurorluğu akademik Eldar Salayevin xaricdə müalicə olunmasına icazə verib

Cəmiyyət Materials 26 May 2006 15:58 (UTC +04:00)

Mayın 26-da Azərbaycanın Baş Prokurorluğu barəsində cinayət təqibi olan akademik Eldar Salayevə gözlərinin müalicəsi ilə əlaqədar xaricə getməyə rəsmi icazə verilməsi barədə qərar çıxarıb. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

"Hakmiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlar törətməyə hazırlıq cinayətlərində ittiham olunaraq ötən ilin oktyabr ayında həbs edilmiş Eldar Salayev gözlərinin xəstə olması ilə əlaqədar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluq Eldar Salayevin istintaqın gedişində təqsirini qismən etiraf etməsi və xəstəliyi nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməklə onun Azərbaycan Respublikasında müalicəsi üçün tam şərait yaradıb" - deyə V.Əliyev bildiribb.

V.Əliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin Baş Prokurorluğa təqdim etdiyi rəydə E.Salayevin gözlərinin kataraktası xəstəliyinin mənfi istiqamətdə inkişafı göstərilib və bildirilib ki, akademikin xəstəliyinin müalicəsi üçün Azərbaycanda fəaliyyət göstərən Göz Xəstəlikləri İnstitutu və digər tibb ocaqlarında bütün şərait var. Lakin bütün bunlara və barəsində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslərin sərbəst yerdəyişmələri üçün qanunvericiliklə müəyyən məhdudiyyətlərin nəzərdə tutulmasına baxmayaraq, Eldar Salayev xaricdə müalicə olunmaqla əlaqədar Prezident İlham Əliyevə müraciət edib.

"Akademikin müalicəsinin yalnız xarici ölkədə mümkün olmasına ümid etməsini nəzərə alınaraq Baş Prokurorluğun rəhbərliyi tərəfindən onun müalicəsi ilə əlaqədar xaricə getməsinə rəsmi icazə verilib" - deyə V.Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti