...

Qafqaz kamera orkestri Azərbaycandan musiqiçilər dəvət edir

Cəmiyyət Materials 26 May 2006 18:15 (UTC +04:00)

Qafqaz kamera orkestri Azərbaycandan və Abxaziyadan musiqiçilər dəvət edir. Orkestrin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Marina Beridzenin Trend in Gürcüstandakı müxbirinə verdiyi məlumata görə, orkestr üçün azərbaycanlı və abxaz musiqilərinin seçiləcəyi kastinq keçiriləcək.

Hazırda orkestrdə Gürcüstan, Ermənistan və Rusiyadan olan musiqiçilər fəaliyyət göstərir.

Qafqaz kamera artisti bir il bundan əvvəl alman dirijoru Uve Berkerman tərəfindən yaradılıb. Qeyd edək ki, dirijorun həyat yoldaşı gürcüdür. Məhz bu alman dirijorunda Qafqaz kamera orkestrinin yaradılması ideyasını yaradıb.

Orkestri yaradılmasında məqsəd musiqinin regionun xalqlarının birliyi üçün incəsənətin gücünü nümayiş etdirməkdir.

Uve Berkermer Beslanda və Suxumidə konsertlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti