...

Azərbaycanın təhsil nazirinin İrana səfəri başa çatıb

Cəmiyyət Materials 27 May 2006 11:58 (UTC +04:00)

Azərbaycan təhsil naziri Misir Mərdanovun İrana rəsmi səfəri başa çatıb. Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, İran elm, tədqiqat və texnologiyalar naziri Məhəmmədəhmədi Zahidin dəvəti ilə baş tutan səfər zamanı bir sıra görüşlər keçirilib.

Səfər çərçivəsində M. Mərdanovun Elm, tədqiqat və texnologiyalar, Maarif nazirliklərində keçirdiyi görüşlər zamanı hər iki ölkə arasında təhsil və texnologiyalar sahəsində əməkdaşlığın inkişafına dair məsləhətləşmələr aparılıb.

M. Mərdanov həmçinin İranın birinci vitse-prezidenti Pərviz Davudla, Tehran və Şərif universitetlərinin rəhbərlikləri ilə, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Səfəri çərçivəsində Azərbaycanın təhsil naziri Firdovsi adına Məşhəd Universitetində və Azərbaycanın İrandakı səfirliyində olub.

Xəbər lenti

Xəbər lenti