...

UNICEF yod çatışmazlığı xəstəlikləri üzrə seminar keçirəcək

Cəmiyyət Materials 27 May 2006 13:07 (UTC +04:00)

BMT-nin Uşaq Fondu (UNICEF) KİV nümayəndələri üçün yod çatışmazlığı xəstəlikləri və duzun universal yodlaşdırılması mövzusuna həsr olunmuş seminar keçirəcək. Bu barədə Trend ə təşkilatın Bakı nümayəndəliyindən məlumat verilib.

Seminar iyunun 6-da Bakıda UNICEF nümayəndələyinin başçısı Hana Singer, azad istehlakçılar birliyinin rəhbəri Eyyub Hüseynov, Azərbaycan səhiyyə nazirinin müavini Sənan Kərimov, sosial iqtisadiyyat üzrə daimi komissiyanın sədri Hadı Rəcəbli və başqalarının iştirakı ilə keçiriləcək.

"Azərbaycan yod çatışmazlığı xəstəliklərinin aradan qaldırılmasında böyük nailiyyətlər əldə edib. Ancaq buna baxmayaraq yodlaşdırılmamış duzların satışını tamamilə aradan qaldırmaq lazımdır", - deyə təşkilatdan vurğulanıb.

Seminarın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti