...

Azərbaycanın boks komandası Nursultan Nazarbayev Kubokunda 5 medal qazanıb

Cəmiyyət Materials 30 May 2006 16:13 (UTC +04:00)

Azərbaycanın boks komandası Astanada keçirilmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kubokunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Trend in xəbər verdiyi kimi, rinq sahibi Yerbol Dutbayev üzərində 28:18 hesabla qələbə qazanan Cavid Tağıyev (81 kq), o cümlədən Elçin Əlizadə (91 kq) ən yüksək mükafata sahib olub. Dünya çempionatının bürünc mükafatçısı qələbəsini döyüşsüz qeyd edib. Çünki onun rəqibi Dmitri Qotfrid əvvəlki döyüşdə aldığı zədə ilə əlaqədar rinqə çıxa bilməyib. Samir Məmmədov (51 kq) da fəxri kürsünün ən yüksək pilləsinə çıxsa da, sonda qazaxıstanlı Andre Spiridonova məğlub olub.

Turnirin yekunları üzrə Azərbaycan komandası rinq sahiblərini irəli buraxaraq ümumi komanda hesabında 2-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti