...

Azyaşlı məhkumlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edəcəklər

Cəmiyyət Materials 30 May 2006 16:16 (UTC +04:00)

Azərbaycanın Ədliyyə və Təhsil nazirliklərinin razılığı ilə 2006-cı ildən başlayaraq tərbiyə müəssisəsində saxlanılan azyaşlı məhkumlar növbəti tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komisiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edəcəklər. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

"İmtahanda tərbiyə müəssisəsinin 10-dan artıq azyaşlı məhkumu iştirak edəcək. Onlar ali məktəblərə deyil, yalnız texniki peşə məktəblərinə qəbulla bağlı imtahanlara cəlb olunacaqlar. Həmin məhkumlara həm Təhsil Nazirliyinin, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarla bağlı proqramı təqdim olunub və onlar bu proqram üzrə hazırlaşırlar. Onların hazırlığı ilə bağlı əlavə müəllimlər cəlb olunub və onlar hazırda məhkumları imtahanlara hazırlaşdırırlar" - deyə R.Ramazanov qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, ümumiyyətlə, tərbiyə müəssisəsində orta məktəb fəaliyyət göstərir və hazırda məhkumların əksəriyyəti təhsilə cəlb olunub. "Müəssisədə cəza çəkən məhkum uşaqların əksəriyyəti 15, 16 və 17 yaşında olsalar da, hərf tanımırlar. Bu səbəbdən də onların təhsilə cəlb edilməsi əlifba səviyyəsindən başlayır" - deyə R.Ramazanov söyləyib.

Xəbər lenti

Xəbər lenti