...

"Azadlıq" radiostansiyasının yeni veb-saytının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 30 May 2006 17:00 (UTC +04:00)

in xəbər verdiyi kimi, mayın 30-da "Azadlıq" radiostansiyasının yeni veb-saytının təqdimat mərasimi keçirilib.

Qeyd olunub ki, www.azadliqradiosu.az saytının əsas fərqi interaktiv olmasındadır. Hər bir şəxs bu və ya digər mətnlə bağlı şərhlərlə çıxış edə bilər. Oxucuların şərhi senzuraya məruz qalmır.

Eyni zamanda interaktiv sorğular aparılır, forumlar keçirilir. Bunların bir hissəsi tanınmış ictimai və siyasi xadimlərin on-layn mətbuat konfranslarından, o cümlədən bu və ya digər aktual mövzuya dair müzakirələrdən ibarətdir. İlk dəfə olaraq məlumatlar radio-efirə çıxmazdan qabaq saytda yerləşdirilə biləcək ki, bu da məlumatın verilməsi prosesini sürətləndirməyə şərait yaradır. Yeni saytın digər fərqləndirici əlaməti "broadcasting"- servis olacaq ki, bunun vasitəsilə istifadəçilər radio verilişlərini MP-3 formatında yükləyə biləcək.

Bundan başqa istifadəçilər 3-4 il əvvəlki arxiv audio-fayllarını dinləmək imkanına malikdir.

Xəbər lenti

Xəbər lenti