...

Azərbaycanda 10 il ərzində 40 əfv fərmanı imzalanıb

Cəmiyyət Materials 30 May 2006 17:35 (UTC +04:00)

Azərbaycanda 10 il ərzində 40 əfv fərmanı imzalanıb. Bu barədə Trend ə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov məlumat verib.

10 əfv aktının imzalanması nəticəsində 4500-ə yaxın məhkum azadlığa çıxıb. Son illər ərzində imzalanmış amnistiya aktları sayəsində isə 36 min təqsirləndirilən şəxs və məhkum cinayət təqibindən və cəzadan azad edilib.

Sonuncu dəfə əfv fərmanı 19 yanvar 2006-cı ildə imzalanıb. Həmin fərmanla 100 məhkum cəza çəkməkdən azad edilib.

Hüquq müdafiəçisi Çingiz Qənizadənin bildirdiyinə görə, növbəti əfv fərmanının Avropa Şurası Parlament Assambleyasının yay sessiyasına qədər imzalanacağı gözlənilir. Hüquq müdafiəçisi növbəti fərmanla yüzlərlə məhkumun azadlığa çıxacağına ümidli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti