...

"Neftçi"nin Avropa kukbokunda taleyi Azərbaycan Kubokundan sonra müəyyən olunacaq

Cəmiyyət Materials 31 May 2006 11:12 (UTC +04:00)

"Neftçi"nin UEFA Kubokunda çıxışı ölkə çempionatının iyunun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda "Karvan" və "Qarabağ" arasında keçiriləcək finalının nəticəsindən asılı olacaq.

Trend in xəbər verdiyi kimi, milli çempionatın yekunlarına görə neftçilər 3-cü yerdə qərarlaşıb ki, bu mövqe də onlara İntertoto kubokunda çıxış etmək hüququ verir. Əgər "Karvan" milli trofey uğrunda həlledici oyunda ağdamlılar üzərində qələbə qazanarsa, Ağasəlim Mircavadovun yetirmələri əhəmiyyətinə görə ikinci Avropa klub turnirində çıxış etmək şansını saxlayır. Bu halda birinciliyin gümüş medalçıları və beynəlxalq arenada çıxış etmək hüququ qazanmış Yevlax komandası "Neftçi" üçün yarışda daha bir yer azad edərək UEFA Kubokuna ölkə Kubokunun sahibi kimi gedəcək.

Xəbər lenti

Xəbər lenti