...

Ruslan Bəşirli vəkili təhqir etdiyi üçün hakim məhkəməni iyulun 3-dək təxirə salıb

Cəmiyyət Materials 31 May 2006 15:29 (UTC +04:00)

Mayın 31-də Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsində "Yeni fikir" gənqclər hərəkatının sədri Ruslan Bəşirlinin və onun müavinlərinin işi üzrə keçirilən məhkəmə iclasında R.Bəşirli vəkili təhqir etdiyinə görə hakim məhkəməni təxirə salıb. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edən hakim Tofiq Paşayev məlumat verib.

Hakim əvvəlcə R.Bəşirlinin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. R.Bəşirli həmin ifadə üzrə sorğu-sual edilərkən vəkilin verdiyi sualı cavablandırmayıb və vəkili təhqir edib. Hakim təqsirləndirilən şəxsdən dəfələrlə məhkəməyə və vəkilə hörmətlə yanaşmağı tələb edib. Lakin R.Bəşirli tələbə əməl etməyib. Bu səbəbdən də hakim məhkəmə iclasının iyulun 3-dək təxirə salındığını elan edib.

"Ruslan Bəşirli iclası qəsdən pozduğuna görə məxfi çəkilişlərlə bağlı videokassetlərə məhkəmə baxışının keçirilməsi də növbəti prosesə saxlanılıb" - deyə T.Paşayev qeyd edib.

Hakim onu da bildirib ki, məhkəmə iclası arasındakı uzun fasilə iş üzrə hakim heyətinin ezamiyyətə getməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti